- Transfer
- 22:34 03.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Atletik Bilbao”nun və İspaniya millisinin hücumçusu Niko Uilyams karyerasını “Bavariya”da davam etdirə bilər.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, Münhen klubunun rəhbərliyi yay transfer pəncərəsində ispan forvardı transfer etməyi nəzərdən keçirir.
“Bavariya” 22 yaşlı futbolçuya ildə on milyon avro ödəməyə hazırdır.
"Bavariya"dan başqa, "Barselona" da İspaniya millisinin oyunçusunu almaq istəyir. Lakin kataloniyalılar Uilyamsa maaş təklif etməyə hazır deyillər, çünki "blauqranalar" hələ də ciddi maliyyə çətinlikləri yaşayır.
Xatırladaq ki, Niko Uilyams bu mövsüm İspaniya çempionatında "Atletik Bilbao"nun heyətində 24 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.