7 aprel 2025. Bazar ertəsi

Kyeza A Seriyasına qayıda bilər


  • Transfer
  • 21:48 23.03.2025
  • Oxunma sayı: 60
Kyeza A Seriyasına qayıda bilər

"Liverpul"un hücumçusu Federiko Kyeza bu mövsüm başa çatdıqdan sonra vətəninə qayıda bilər.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən verdiyi xəbərə görə, 27 yaşlı futbolçu bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişmək və A Seriyasına qayıtmaq niyyətindədir.

Bunun üçün italiyalı futbolçu maaş azaldılmasını qəbul etməyə hazırdır.

"Napoli" forvardı transfer etməyə əsas namizəd hesab olunur. Neapol təmsilçisinin çalışdırıcısı Antonio Konte Kyezanın transferində israrlıdır.

Federikonun transfer dəyərini 18 milyon avro qiymətləndirilib.

Xatırladaq ki, Federiko Kyeza bu mövsüm mersisaydlıların heyətində bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer