3 iyul 2026. Cümə

Mudrik "Çelsi"ni "Mançester Yunayted"ə dəyişir


  • Transfer
  • 22:00 23.03.2025
  • Oxunma sayı: 203
Mudrik "Çelsi"ni "Mançester Yunayted"ə dəyişir

"Çelsi"nin yarımmüdafiəçisi Mykhailo Mudrik bu mövsüm başa çatdıqdan sonra "Mançester Yunayted"ə keçə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” rəhbərliyi yayda hücumun sol cinahını gücləndirmək istəyir, burada Markus Reşfordun gedişindən sonra yalnız Alexandro Qarnaço qalıb.

Mançester klubu 24 yaşlı futbolçunun transferini nəzərdən keçirir, ukraynalının özü də komanda dəyişikliyinin əleyhinə deyil.

Mudriklə bağlı yekun qərarı “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim verəcək.

Xatırladaq ki, Mudrik 2024-cü ilin dekabrından oyunlarda iştirakdan kənarlaşdırılıb.Ukraynalı yarımmüdafiəçi dopinqdən istifadə etməkdə şübhəli bilinir. Mudrik uzunmüddətli diskvalifikasiya ilə üzləşir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır