- Transfer
- 18:38 24.11.2024
PSJ-nin hücumçusu Neymarın gələcək taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Tomas Tuçel braziliyalı futbolçunun komandada qalmasını istəyir.
Almaniyalı mütəxəssis əks təqdirdə, yeni hücumçu ala biləcəklərini deyib: "Neymarın əvəzləyicisini tapmamış onu itirə bilmərik. Onu komandada saxlasaq, təkbətək mübarizələrdə üstün olan futbolçuya sahib olacağıq. Hələ heç nə dəyişməyib. Transfer mövsümü açıqdı, bu suala bu gün və ya sabah cavab tapılmayacaq. Neymar hələ bizə kömək edə bilmir. Çünki komanda ilə məşq etməyib və zədələnmə riski böyükdü".
Qeyd edək ki, Neymarla "Barselona" və Real'ın maraqlandığı iddia edilir.