- Transfer
- 22:18 05.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Mançester Yunayted"in qapıçısı Andre Onana qarşıdakı transfer pəncərəsində komandanı tərk edə bilər.
90deqiqe.Az-ın "Sun Sport"a istinadən verdiyi xəbərə görə, 28 yaşlı qolkiper bu yay Səudiyyə Ərəbistanına köçməyi planlaşdırır.
Artıq adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu ilə oyunçunun agenti arasında ilkin danışıqlar da başlayıb.
Daha əvvəl “qırmızı şeytanlar”ın kamerunlu qapıçısını satmağa hazır olduğu bildirilirdi.
Onana 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 40 oyun keçirib, 53 qol buraxıb və 9 dəfə qapısını təmiz saxlayıb. Onanın ingilis nəhəngi ilə müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, futbolçunun dəyəri 32 milyon avrodur.