6 aprel 2025. Bazar günü

"Barselona" danışıqlara başlayıb


  • Transfer
  • 22:40 24.03.2025
  • Oxunma sayı: 74
"Barselona" danışıqlara başlayıb

"Barselona" yay transfer pəncərəsində "Nyukasl"ın ulduz hücumçusu Aleksandr İsakın transferini başa çatdırmaq istəyir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən verdiyi xəbərə görə, Kataloniya klubu 25 yaşlı futbolçunu əsas hədəf olaraq seçib.

Artıq "Barselona" təmsilçiləri isveçlinin agenti ilə danışıqlar aparıb. Kataloniyalılar isveçlinin transferini başa çatdırmaq üçün maaşlarını ciddi şəkildə yüngülləşdirməli və bir neçə futbolçunu satmalı olacaqlar.

Hazırda ekspertlər İsakın transfer dəyərini 100 milyon avro qiymətləndirirlər.

Xatırladaq ki, Aleksandr İsak bu mövsüm İngiltərə çempionatında "sağsağanlar"ın heyətində 25 oyun keçirib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer