29 mart 2025. Şənbə

“Bavariya”, “Atletiko” və digər 4 klub "Fənərbağça"nın müdafiəçisi üçün yarışacaq


  • Transfer
  • 21:45 25.03.2025
  • Oxunma sayı: 101
“Bavariya”, “Atletiko” və digər 4 klub "Fənərbağça"nın müdafiəçisi üçün yarışacaq

"Fənərbağça"nın mərkəz müdafiəçisi Yusuf Akçiçək yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Mirror Sport"a istinadən verdiyi xəbərə görə,19 yaşlı müdafiəçi ilə Avropanın 6 klubu maraqlanır. Söhbət “Tottenhem”, “Bavariya”, “Atletiko”, “Mançester Yunayted”, “Napoli” və “Leypsiq”dən gedir.

Sözügedən klublar artıq türk futbolçunun agenti ilə danışıqlara başlayıb.

Bu mövsüm Akçiçek bütün turnirlərdə 15 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalının ekspertləri müdafiəçinin qiymətini 5,5 milyon avro qiymətləndirib.







Transfer