- Transfer
- 21:07 27.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Vest Hem"in müdafiəçi yarımmüdafiəçisi Edson Alvarez karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 27 yaşlı futbolçu ilə “Çelsi” klubu maraqlanır.
London klubu meksikalı futbolçunun agenti ilə artıq danışıqlara başlayıb.
Alvaresin transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir və onun "çəkiclilər"lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Yarımmüdafiəçi İngiltərə çempionatının cari mövsümündə 23 matçda iştirak edib. Alvares bir məhsuldar ötürmə etdi, altı sarı vərəqə aldı və bir dəfə meydandan qovuldu.