29 mart 2025. Şənbə

"Liverpul" "Bornmut"un üç futbolçusu ilə maraqlanır


  • Transfer
  • 21:59 25.03.2025
  • Oxunma sayı: 60
"Liverpul" "Bornmut"un üç futbolçusu ilə maraqlanır

"Liverpul" "Bornmut"un üç futbolçusu ilə maraqlanır: müdafiəçilər Miloş Kerkez və Din Huysen, həmçinin cinah hücumçusu Antuan Semenyo.

90deqiqe.Az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Mənbənin məlumatına görə, mersisaydlılar yeni oyunçular almaq üçün sağ cinah müdafiəçisi Ben Doakı da müqaviləyə daxil etməyə hazırdırlar. Kerkezin 31 yaşlı Endryu Robertsonun potensial əvəzləyicisi kimi göründüyü vurğulanır.

Həmçinin, "Liverpul"un müdafiəçisi Vircil van Deyk və cinah yarımmüdafiəçisi Məhəmməd Salahın müqavilələri bu yay başa çatır.

İngiltərə çempionatının 29 turundan sonra "Bornmut"un 44 xalı var və 10-cu yerdədir. "Liverpul" 70 xal toplayıb və birinci yerdədir.







Transfer