- Transfer
- 18:38 24.11.2024
“Fənərbaxça” klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Milan”dan Dieqo Laksaltı heyətinə qatmağa yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça”nın 26 yaşlı yarımmüdafiəçi ilə razılığa gəldiyi ancaq son qərarı “Milan”ın verəcəyi bildirilir.
Qeyd edək ki, uruqvaylı futbolçuyla “Fənərbaxça” ilə yanaşı, “Fiorentina” və “Parma” da yaxından maraqlanır.