- Transfer
- 18:29 19.04.2025
“Mançester Siti”nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.
90deqiqe.Az-ın "Tribal Football"a istinadən verdiyi xəbərə görə, braziliyalı qapıçının xidmətində portuqaliyalı Joze Mourinyonun çalışdırdığı “Fənərbağça” klubu maraqlıdır.
Səudiyyə Ərəbistanı çempionatının klubları da 31 yaşlı oyunçunu almaq istəyir.
Ederson 2017-ci ilin yayından "şəhərlilər"də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatır. Onun bazar qiyməti 25 milyon avrodur. Premyer Liqanın cari mövsümündə qapıçı 19 oyun keçirib və 23 qol buraxıb.