30 mart 2025. Bazar günü

PSJ "Mançester Yunayted"in keçmiş forvardını ala bilər


  • Transfer
  • 20:25 26.03.2025
  • Oxunma sayı: 50
PSJ "Mançester Yunayted"in keçmiş forvardını ala bilər

"Marsel"in hücumçusu Meyson Qrinvud başqa bir Fransa klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 23 yaşlı futbolçu PSJ klubu maraqlanır.

Paris klubunun yaxın vaxtlarda ingilis futbolçunun agenti ilə danışıqlara başalayacağı gözlənilir.

Qrinvud 2024-cü ilin yayında "Mançester Yunayted"dən "Marsel"ə keçib. Transfer 26 milyon avro təşkil edib. Meyson Provans klubu ilə 2029-cu ilin ortalarına qədər uzunmüddətli müqavilə imzalayıb.

Onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir. Forvard Fransa çempionatının cari mövsümündə 26 oyun keçirib. Meyson 15 qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer