- Transfer
- 21:28 27.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Hücumçu Viktor Osimhenin icarə əsasında çıxış etdiyi Türkiyənin "Qalatasaray" klubu nigeriyalının tam transferi üçün "Napoli"yə ilk təklifi edib.
90deqiqe.Az-ın "Fotomac"a istinadən verdiyi xəbərə görə, İstanbul klubunun 65 milyon avro təklif etdiyi deyilir, lakin "Napoli"nin prezidenti De Laurentiis bu təklif rədd etdiyini və futbolçunu 75 milyon avrodan aşağı qiymətə satmayacağını qeyd etdiyi bildirilib.
Eyni zamanda, "Qalatasaray" klubu buna baxmayaraq yaxın vaxtlarda yenidən hazırlanacaq təklifi Neapol təmsilçisinə çatdıracağı qeyd edilib.
Bu mövsüm 26 yaşlı Osimhen "Qalatasaray" klubunun heyətində bütün yarışlarda 30 matçda 26 qol vurub. Hücumçuda 5 məhsuldar ötürmə də var.