2 oktyabr 2026. Cümə

Sançez İtaliya klubuna keçməyə yaxındı


  • Transfer
  • 14:43 19.08.2019
  • Oxunma sayı: 405
Sançez İtaliya klubuna keçməyə yaxındı

Mançester Yunayted'in hücumçusu Aleksis Sançez karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.

Corner.az xarici mətbuata istinadən məlumat verir ki, 30 yaşlı hücumçu "İnter"ə transfer olmaq üzrədi.

"Roma"nın hücumçusu Edin Dzekodan əli üzülən Milan təmsilçisi çilili futbolçu üçün danışıqları sürətləndirib. Hətta keçidin qarşıdakı 48 saat ərzində açıqlanması gözlənilir. "İnter" təcrübəli futbolçunu icarəyə götürmək və mövsümün sonunda birdəfəlik almaq niyyətindədi.

.







Transfer