27 dekabr 2025. Şənbə

Qriliş "Mançester Siti"ni "Çelsi"yə dəyişə bilər


  • Transfer
  • 21:20 26.03.2025
  • Oxunma sayı: 142
Qriliş "Mançester Siti"ni "Çelsi"yə dəyişə bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqasının başqa komandasına keçə bilər.

90deqiqe.Az-ın " Blue Footy"a istinadən verdiyi xəbərə görə, "Çelsi" klubu ingilis futbolçunun xidmətində maraqlıdır.

"Şəhərlilər"in rəhbərliyi cinah oyunçusunu yay transfer pəncərəsində satmağa hazırdır.

 Daha əvvəl "Milan"ın yarımmüdafiəçi ilə maraqlandığı bildirilirdi.

Cek 2021-ci ilin avqustundan "Mançester Siti"də oynayır. Tərəflər arasında əmək müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır. Onun bazar dəyəri 35 milyon avrodur. Premyer Liqanın cari mövsümündə yarımmüdafiəçi 16 oyun keçirib və cəmi 1 məhsuldar ötürmə edib.







Transfer

“Əl-Hilal”dan “Real”a
  • Transfer
  • 23:18 25.12.2025
“Əl-Hilal”dan “Real”a