31 mart 2025. Bazar ertəsi

"Real" "Arsenal"ın futbolçusu ilə maraqlanır


  • Transfer
  • 21:55 26.03.2025
  • Oxunma sayı: 48
"Real" "Arsenal"ın futbolçusu ilə maraqlanır

 "Arsenal"ın müdafiəçisi Uilyam Saliba "Real Madrid"in maraq dairəsində qalmaqda davam edir.

90deqiqe.Az-ın "Mirror"a istinadən verdiyi xəbərə görə, Madrid superklubu 24 yaşlı futbolçunu müdafiə xəttini gücləndirmək üçün ideal namizəd hesab edir.

Ancaq transfer baha başa gələcək - "qaymaqlılar" 100 milyon avrodan çox təklif etməyə hazırdır.

Eyni zamanda "Arsenal"ın fransalıya yeni müqavilə təklif edərək Salibanı öz sıralarında saxlamaqda qərarlı olduğu bildirilir.

Futbolçunun hazırkı əmək müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Uilyam Saliba bu mövsüm 39 matçda 2 qol vurub.







Transfer