1 aprel 2025. Çərşənbə axşamı

"Liverpul" Trentə əvəzləyicini "Yuventus"da tapıb


  • Transfer
  • 20:45 27.03.2025
  • Oxunma sayı: 58
"Liverpul" Trentə əvəzləyicini "Yuventus"da tapıb

"Liverpul" yayda "Real Madrid"ə keçəcək müdafiəçi Trent Alexander-Arnold üçün əvəzedici axtarır

90deqiqe.Az-ın "Gazzetta dello Sport"a istinadən verdiyi xəbərə görə, mersisaydlılar “Yuventus”un 25 yaşlı müdafiəçisi Andrea Kambiasonu transfer etmək variantını nəzərdən keçirir. Artıq "Liverpul" italyan futbolçunun agenti ilə danışıqlara başlayıb.

Mütəxəssislər İtaliya millisinin futbolçusunun transfer dəyərini 40 milyon avro qiymətləndirib. Kambiasonun Turin komandası ilə hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədərdir.

Xatırladaq ki, Andrea Kambiaso cari mövsüm İtaliya çempionatında “qoca sinyora”nın heyətində 26 oyun keçirib, o, iki qol vurub, bir məhsuldar ötürmə edib və dörd sarı vərəqə alıb.







Transfer