- Transfer
- 13:09 31.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Mançester Siti" "Sauthempton"dan gənc hücumçusu Tayler Diblinqi transfer etməkdə maraqlıdır.
90deqiqe.Az-ın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, Mançester klubu 19 yaşlı futbolçunu yay transfer pəncərəsində almaq istəyir.
"Müqəddəslər" gənc oyunçunun satışından möhkəm 118 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, ingilis futbolçu ilə “Siti”dən başqa “Tottenhem” klubu da maraq göstərir. Forvard ötən mövsümdən “Sauthempton”un əsas komandasında çıxış edir.
Əlavə edək ki, bu mövsüm Tayler Diblinq “Sauthempton”un heyətində İngiltərə çempionatında 25 oyun keçirib, bu oyunda iki qol vurub və altı sarı vərəqə alıb.