- Transfer
- 21:35 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Liverpul" "Real Madrid"in müdafiəçisi Raul Asensionu transfer etməyi düşünür.
90deqiqe.Az-ın "Defensa Central"a istinadən verdiyi xəbərə görə, mersisaydlılar müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq Vircil van Deyki ispanla əvəz etməyi planlaşdırır. "Liverpul" artıq futbolçunun agenti ilə yaxın günlərdə danışıqlara başlayacaq.
"Real Madrid" özü də öz yetirməsi ilə ayrılmaq niyyətində deyil. Futbolçunun satış qiyməti 100 milyon avrodur.
Daha əvvəl Asensio ilə Fransa PSJ-nin maraqlandığı bildirilirdi. 28 turdan sonra "Real Madrid" İspaniya La Liqasının turnir cədvəlində 60 xalla ikincidir. "Liverpul" rahatlıqla Premyer Liqaya liderlik edir və çempionluğun bir addımlığındadır.