- Transfer
- 13:09 31.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Nottingem Forest" yay transfer pəncərəsində hazırda Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Napoli"nin ulduzu hücumçusu Viktor Osimhen ilə müqavilə imzalamağı nəzərdən keçirir.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən verdiyi xəbərə görə, bu mövsüm Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyən "meşəçilər" yayda 26 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlməyə çalışır. İngiltərə klubunun rəhbərliyi nigeriyalı üçün təxminən 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl mətbuatda “Mançester Yunayted”, “Arsenal” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarının da forvardı transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.
Bu mövsüm Viktor Osimhen Türkiyə liqasında "Qalatasaray"ın heyətində 22 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.