- Transfer
- 18:38 24.11.2024
Liverpul'un sabiq hücumçusu Daniel Starric karyerasını Türkiyədə davam etdirəcək.
Corner.az Türkiyə mətbuata istinadən məlumat verir ki, 29 yaşlı hücumçu "Trabzonspor"la razılaşıb.
Ailəsinin Trabzona gələrək ilkin anlaşma əldə etməsindən sonra ingiltərəli futbolçunun özü Türkiyəyə yola düşəcək. "Liverpul"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan təcrübəli hücumçu bu axşam Trabzon təmsilçisi münasibətləri rəsmiləşdirməsi gözlənilir.
Qeyd edək ki, Daniel Starric ötən mövsüm Liverpul'da 27 oyuna 4 qol vurub.