2 aprel 2025. Çərşənbə

"Mançester Siti" yeni yarımmüdafiəçi seçib


  • Transfer
  • 21:05 29.03.2025
  • Oxunma sayı: 65
"Mançester Siti" yeni yarımmüdafiəçi seçib

"Mançester Siti" heyətini gücləndirmək üzərində işləyir.

90deqiqe.Az-ın “German Sky”a istinadən verdiyi xəbərə görə,  İngiltərə klubu "Ayntraxt"dan yarımmüdafiəçi Uqo Larsson üçün yarışa çıxıb.  20 yaşlı futbolçu artıq “Mançester Siti”nin maraqlanmasından xəbərdardır.

“Ayntraxt”a da məlumat verilib və artıq ilk müzakirələr aparılıb. Uqo Larssonun transferi baha başa gələcək - "Ayntraxt" isveçli futbolçudan ən azı 60 milyon avro qazanmaq niyyətindədir.

Eyni zamanda, Larssonun digər klubların, xüsusilə də “Arsenal”, “Liverpul” və “Tottenhem”in də maraqlandığı qeyd edilir. Hüqo həm də Bundesliqanın ən yaxşı klublarının radarındadır.







Transfer