- Transfer
- 11:48 04.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Maliyyə çatışmazlığı yaşayan İspaniya "Barselona"sının rəhbərliyi Robert Levandovskinin yerinə yeni hücumçu transfer etmək istəyir.
90deqiqe.Az-ın "Goal.com"a istinadən verdiyi xəbərə görə, "Liverpul"un hücumçusu Məhəmməd Salahın yüksək maaş gözləntilərinə görə onun alınmasını rədd edən kataloniyalılar əsas diqqəti iki namizədə yönəldəcək.
"Yuventus"un hücumçusu Duşan Vlahoviçlə müqavilə imzalamaq istəyi ilə bağlı məlumatlar hələ fevral ayında mətbuatda yayılıb. Transferə ikinci namizədin adı "Napoli"də çıxış edən Viktor Osimhen olub. Neapollular futbolçu üçün 75 milyon avro almağı gözləyirlər. Hazırda "Barselona" nigeriyalının təkcə transfer qiymətindən deyil, həm də şəxsi müqaviləsi ilə bağlı tələblərindən narazıdır.