7 aprel 2025. Bazar ertəsi

Ronaldo bu kluba transfer ola bilər - Əzəli rəqibi istəyir


  • Transfer
  • 20:36 01.04.2025
  • Oxunma sayı: 97
Ronaldo bu kluba transfer ola bilər  - Əzəli rəqibi istəyir

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo bu yay komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 40 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı çempionatında başqa klubda iş tapmaq imkanı var.

Hazırkı çempion "Əl-Hilal" portuqaliyalı forvardı transfer etməkdə maraqlıdır.

Kriştianonun "Əl-Nəsr"lə müqaviləsi gələn ilin yayında başa çatır. Tərəflər əməkdaşlığı uzatmasa, "Əl-Hilal" portuqaliyalını pulsuz ala bilər.

Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 24 oyunda 19 qol vurub.







Transfer