5 aprel 2025. Şənbə

Salahın gələcəyi bəlli oldu


  • Transfer
  • 20:46 01.04.2025
  • Oxunma sayı: 90
Salahın gələcəyi bəlli oldu

“Liverpul”un hücumçusu Məhəmməd Salahın gələcəyi müəyyənləşmək üzrədir.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən verdiyi xəbərə görə, 32 yaşlı forvard hələ də Səudiyyə Ərəbistanına keçməkdə maraqlıdır, lakin ulduz futbolçu ilk olaraq “Liverpul”un müqaviləni uzatmaq təklifini bilmək istəyir.

Eyni zamanda qeyd olunur ki, "Əl-Hilal" klublararası dünya çempionatı başlayana qədər Salahla müqavilə bağlaya bilməyəcək.

2024/2025 mövsümündə Məhəmməd Salah 43 oyun keçirib, 32 qol vurub və komanda yoldaşlarına 22 məhsuldar ötürmə edib. "Liverpul" Premyer Liqada ikinci yerdə qərarlaşan "Arsenal"ı 12 xal qabaqlayır.







Transfer