- Transfer
- 17:28 06.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Yuventus" klubunun mərkəz hücumçusu Duşan Vlahoviç İngiltərə Premyer Liqasında iş tapa bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən verdiyi xəbərə görə, serbiyalı hücumçu ilə “Aston Villa” klubu maraqlanır. "Qoca sinyora" təcrübəli forvard üçün 40 milyon avro təklif etsələr, ayrılmağa hazırdır. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
25 yaşlı mərkəz hücumçusu bu mövsüm 35 matçda iştirak edib. Vlahoviç 14 qol vurub və 3 məhsuldar ötürmə edib.