5 aprel 2025. Şənbə

PSJ və Milan "Çelsi"nin futbolçusu üçün mübarizə aparacaq


  • Transfer
  • 21:35 01.04.2025
  • Oxunma sayı: 44
PSJ və Milan "Çelsi"nin futbolçusu üçün mübarizə aparacaq

Cari mövsümü icarə əsasında "Strasburq"da keçirən "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santos yayda klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Sportsmole"yə istinadən verdiyi xəbərə görə, 20 yaşlı futbolçunun xidmətində eyni vaxtda iki klub - PSJ və "Milan" maraqlıdr.

 "Milan" iki il əvvəl Braziliya millisində ilk şansını qazanan futbolçunu "Marsel"ə gedən İsmael Benasserin əvəzləyicisi kimi nəzərdən keçirir.

Santos London klubunun start heyətində yer almaq ümidini itirməyib, lakin bunun baş vermə ehtimalı reallaşmazsa, mövsüm bitdikdən sonra o, başqa icarəyə gedə bilər.

Cari Fransa çempionatında Santos 25 matçda 9 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer