- Transfer
- 18:29 19.04.2025
"Liverpul" "Frayburq"un sağ cinah müdafiəçisi Kilian Sililla ilə maraqlanır.
90deqiqe.Az-ın "TBR Football"a istinadən verdiyi xəbərə görə, "mersisaydlılar" fransız futbolçunu gələn yay klubu tərk edə biləcək Trent Alexander-Arnoldun potensial əvəzləyicisi kimi nəzərdən keçirirlər.
Eyni zamanda, "Liverpul" 21 yaşlı sağ cinah müdafiəçisi Konor Bredli ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq istəyir.
Bu mövsüm 22 yaşlı oyunçu bütün turnirlərdə 17 oyun keçirib, iki qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 10 milyon avrodur.