- Transfer
- 22:18 05.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
PSJ komandanı gücləndirmək üçün variantları araşdırır.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, Liqa 1 nəhəngi "Barselona"nın yarımmüdafiəçisi Qaviyə marağını artırıb.
Paris klubunun baş məşqçisi Luis Enrike 20 yaşlı futbolçunu komandasında görmək istəyir. Eyni zamanda qeyd edilir ki, “Barselona” Qavini klubun gələcəyi üçün əsas oyunçu hesab edir.
Kataloniyalılar gənc yarımmüdafiəçini satmaq istəmir. Blauqrananın Qavi ilə bağlı mövqeyinə təsir edə biləcək yeganə şey klubun maddi vəziyyətinin pis olmasıdır.
Nüfuzlu Transfermarkt portalının ekspertləri Qavini 70 milyon avro qiymətləndirirlər. Hazırkı müqaviləyə əsasən, futbolçu 2030-cu ilin ortalarına qədər "Barselona" ilə müqavilə imzalayır.