17 may 2025. Şənbə

Kriştiano Ronaldo "İnter"ə keçməyəcək


  • Transfer
  • 22:43 01.04.2025
  • Oxunma sayı: 156
Kriştiano Ronaldo "İnter"ə keçməyəcək

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo son günlər bir neçə klubla, xüsusən də "İnter" ilə əlaqə saxlayıb.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən verdiyi xəbərə görə, bununla belə, “neradzurrilər” 40 yaşlı ulduz forvardı transfer etməyi düşünmür.

“İnter”in baş direktoru Cüzeppe Marotta bildirib ki, Ronaldonu transfer etmək maliyyə baxımından çətin görünür.

Kriştianu Ronaldonun "Əl-Nəsr"lə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Bundan əvvəl mətbuat portuqaliyalının klublararası dünya çempionatında oynamaq istəyindən yazmışdı.







Transfer