6 aprel 2025. Bazar günü

İmmobile "Beşiktaş"ı "İnter" ə dəyişə bilər


  • Transfer
  • 23:24 02.04.2025
  • Oxunma sayı: 54
İmmobile "Beşiktaş"ı "İnter" ə dəyişə bilər

Hazırda Türkiyə çempionatında "Beşiktaş"da çıxış edən futbolçu Çiro İmmobile İtaliya çempionatına qayıda bilər.

90deqiqe.Az-ın "Fanatik"ə istinadən verdiyi xəbərə görə, italiyalı futbolçunun agent artıq onun üçün yeni komanda axtarır.

Hazırda "İnter"də hücumameyilli oyunçular var, lakin Marko Arnautoviç və Xoakin Korreanın bu yay klubu tərk edəcəyi gözlənilir. Mehdi Tareminin gələcəyi tam aydın deyil. Bütün bunlar ona gətirib çıxarır ki, Immobile ilə müqavilənin bağlanması reallığa çevrilə bilər. Futbolçu da "İnter"lə müqavilə imzalamağa müsbət yanaşır.

İmmobile İstanbul komandasının heyətində keçirdiyi 33 oyunda 15 qol vurub Transfermarkt oyunçunun dəyərini 2,8 milyon avro qiymətləndirir.







Transfer