5 aprel 2025. Şənbə

"Lion"un ulduzu "Mançester Yunayted"ə keçə bilər


  • Transfer
  • 23:36 02.04.2025
  • Oxunma sayı: 50
"Lion"un ulduzu "Mançester Yunayted"ə keçə bilər

“Lion”un hücumçusu Rayan Çerki “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "TBR Football"a istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” yay transfer pəncərəsində futbolçunu heyətinə qatmağı nəzərdən keçirir. “Mançester Yunayted” artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

21 yaşlı futbolçu klubun yetirməsidir.Bu mövsüm fransalı artıq bütün turnirlərdə "Lion"un heyətində 35 oyun keçirib. Onlarda o, rəqiblərinə səkkiz qol vurub və 18 məhsuldar ötürmə edib. Transfermarkt Rayanı 35 milyon avro dəyərində qiymətləndirir.







Transfer