- Transfer
- 18:29 19.04.2025
“Fiorentina”da çıxış edən ulduz qapıçı David de Xea İngiltərə Premyer Liqasına qayıda bilər.
90deqiqe.Az-ın "deadlinedaylive"yə istinadən verdiyi xəbərə görə, "qırmızı şeytanlar" yay transfer pəncərəsində sabiq qapıçısını almağa çalışacaq.
"Mankunianlar" ispaniyalı ilə ayrılmaqla səhv etdiklərini düşünür və bunu düzəltməyi planlaşdırır.
David 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib.De Xea Florensiya klubuna 2024-cü ilin yayında keçib. Qapıçının "bənövşəyilər"lə əmək müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi hesablanıb. İtaliya çempionatının cari mövsümündə 34 yaşlı qolkiper 27 oyun keçirib və 27 qol buraxıb.