- Transfer
- 21:28 08.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
PSJ U23-ün hücumçusu Mamadu Sanqare İngiltərənin "Mançester Siti" klubuna keçə bilər.
90deqiqe.Az-ın "RMC Sport"a istinadən verdiyi xəbərə görə, "şəhərlilər" 18 yaşlı forvardı 2025-ci ilin yayında, PSJ ilə müqaviləsi başa çatdıqda imzalamağı planlaşdırır.
"Mançester Siti” Sanqare ilə müqavilə imzalayacaq və onu Fransanın “Troyes” komandasına icarəyə verəcək.
Xatırladaq ki, Troyes, əsas klubu Mançester Siti olan City Football Group holdinqinin bir hissəsidir.
Mamadu Sanqare bu mövsüm bütün yarışlarda PSJ-nin gənclər komandalarında 11 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə verib.