- Transfer
- 17:53 06.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Pyero İnkapi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Diario Sport"a istinadən verdiyi xəbərə görə, "Mançester Yunayted" 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.
"Bayer"in ekvadorlu futbolçunun satışından təxminən 50 milyon avro qazanmaq istədiyi bildirilir.
Bu mövsüm İnkapi bütün turnirlərdə 38 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.İnkapierin "Bayer"lə hazırkı əmək müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir. Qeyd edək ki, futbolçunun "Transfermarkt"a görə bazar dəyəri 50 milyon avrodur.