10 aprel 2025. Cümə axşamı

"Atletiko" İspaniya millisinin qapıçısını almaq istəyir


  • Transfer
  • 14:51 04.04.2025
  • Oxunma sayı: 43
"Atletiko" İspaniya millisinin qapıçısını almaq istəyir

İspaniyanın və "Atletik Bilbao"nun qapıçısı Unai Simon karyerasını La Liqanın ən yaxşı klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 27 yaşlı qolkiperin xidmətində "Atletiko Madrid" maraqlıdır. "Döşək ustaları" Simonu 32 yaşı tamam olmuş sloveniyalı Yan Oblakın əvəzləyicisi kimi nəzərdən keçirir. Artıq tərəflər arasında ilkin danışıqlar başlayıb.

Unai 2018-ci ilin yayından Bilbao komandasında çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin iyunun sonunda başa çatır. Transfermarkt portalının ekspertləri onun dəyərini 28 milyon avro qiymətləndirirlər.







Transfer