9 aprel 2025. Çərşənbə

“Arsenal” Uilyamsı almaq üçün maaşını 2,5 dəfə artırmalı olacaq


  • Transfer
  • 21:50 04.04.2025
  • Oxunma sayı: 60
“Arsenal” Uilyamsı almaq üçün maaşını 2,5 dəfə artırmalı olacaq

"Arsenal" cinah oyunçusu Niko Uilyamsı "Atletik Bilbao"dan almaq qərarına gəlsə, onu klubun ən çox qazanan oyunçularından birinə çevirməli olacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. 

Mənbənin məlumatına görə, Uilyamsın İspaniya klubu ilə hazırkı müqaviləyə əsasən maaşı həftəlik 100 min funt-sterlinq (118 min avro) təşkil edir. Futbolçunun nümayəndələri onun London klubuna keçəcəyi təqdirdə maaşının həftədə təxminən 250 min funt sterlinq (295 min avro) qazanan Bukayo Saka, Kai Haverts, Deklan Rays və Martin Odeqaardın maaşları ilə müqayisə oluna biləcəyini gözləyirlər.

Daha əvvəl mətbuatda "topçular"ın 22 yaşlı futbolçunun transferində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

Uilyams bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.







Transfer