- Transfer
- 21:28 08.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Udineze"nin hücumçusu Lorenzo Lukka karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi forvard ilə maraqlanır.
24 yaşlı futbolçu “qırmızı şeytanlar”ın qısa siyahısında birincidir.
İtalyan klubu Lukkanı yay transferi pəncərəsi zamanı 29,5 milyon avro qarşılığında buraxmağa hazırdır.
Transfer olacağı təqdirdə, iki metrlik forvardın "Liverpul"un keçmiş hücumçusu Peter Krouçun 2019-cu ildə karyerasını başa vurmasından bəri İngiltərə çempionatının ən hündür kənar oyunçusu olacağı vurğulanır.
Bu mövsüm Luka bütün turnirlərdə 32 oyun keçirib, 12 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.