- Transfer
- 17:53 06.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Real Madrid"in hücumçusu Endrik karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, braziliyalı forvardın xidmətində "Çelsi" maraqlıdır.
London klubu gənc futbolçunun transferi üçün 70 milyon avro təklif edib.
Bununla belə, "Real Madrid" in oyunçunu satılmadığını və klubun gələcək layihəsinin vacib hissəsi hesab etdiyini bildirib.
Braziliyalıya olan marağı futbolçunun bu mövsüm az oyun keçirməsi də artırıb.
Endrik bu mövsüm "Real Madrid"də 29 matçda iştirak edib, yeddi qol vurub. "Real" İspaniya çempionatında növbəti matçını şənbə günü, aprelin 5-də doğma meydanda "Valensiya"ya qarşı keçirəcək.