- Transfer
- 18:38 24.11.2024
Sabah'dan ayrılan Marko Deviçin yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını vətənində davam etdirəcək.
Super Liqa təmsilçisi "Vozdovaç" Deviç'lə müqavilə bağlayıb. Belqrad klubu xüsusi video ilə Deviçi azarkeşlərə təqdim edib. Bununla Serbiya əsilli futbolçu 2004-cü ildə qısa müddət formasını geyindiyi "Vozdovaç"a yenidən qayıdıb.
Qeyd edək ki, ötən mövsümü "Sabah"da keçirən Marko Deviç yay fasiləsində ölkəmizi tərk edib.