- Transfer
- 17:53 06.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Mançester Yunayted" bu yay böyük bir transfer həyata keçirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "qırmızı şeytanlar" "Real Madrid"dən yarımmüdafiəçi Federiko Valverdeni transfer etmək üçün 100 milyon avroluq təklif hazırlayır.
Mançester klubu hesab edir ki, Valverdenin transferi nəinki yarımmüdafiə xəttini dərhal gücləndirəcək, həm də uzunmüddətli perspektivdə önəmli olacaq.
Eyni zamanda qeyd olunur ki, "Real" 26 yaşlı Valverdenin komandadakı mühüm rolunu və 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan müqaviləsini nəzərə alaraq onu transfer etməyə tələsmir.
2024/2025 mövsümündə Federiko Valverde 46 oyun keçirib, 8 qol vurub və komanda yoldaşlarına 7 məhsuldar ötürmə edib.