3 iyul 2026. Cümə

Qvardiola “Mançester Siti” üçün yeni yarımmüdafiəçi tapıb


  • Transfer
  • 17:16 06.04.2025
  • Oxunma sayı: 159
Qvardiola “Mançester Siti” üçün yeni yarımmüdafiəçi tapıb

"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers İngiltərə Premyer Liqasının başqa bir komandasının maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, 22 yaşlı futbolçu ilə "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola maraqlıdır. "Şəhərlilər" artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb.

Futbolçunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Rocersin "Lions"la hazırkı müqaviləsi 2030-cu ilin iyunun sonunda başa çatır.

Morqan hazırkı İngiltərə Premyer Liqasında 30 oyun keçirib. Cinah müdafiəçisi 8 qol vurub və altı məhsuldar ötürmə edib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır