14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

“Liverpul” Van Deykə əvəzləyici tapdı - La Liqada


  • Transfer
  • 17:28 06.04.2025
  • Oxunma sayı: 65
“Liverpul” Van Deykə əvəzləyici tapdı   - La Liqada

"Liverpul" "Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo ilə maraqlanır.

90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi məlumata görə, Mersisaydlılar 26 yaşlı futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq 33 yaşlı Vircil van Deykin əvəzedicisi kimi görür.

Arauxonun ötən ilin yanvarında Kataloniya klubu ilə imzaladığı yeni əmək müqaviləsində 65-75 milyon avroluq satınalma bəndi nəzərdə tutulub.

Eyni zamanda "Barselona" "Liverpul"un vingeri Luis Diasla da maraqlanır. Ola bilsin ki, kolumbiyalı futbolçu Arauxonu almaq üçün müqavilənin bir hissəsi ola bilər.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 15 matçda iştirak edib, o, iki qol vurub və iki məhsuldar ötürmə edib. Arauxonun klubla hazırkı əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer