12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

"Liverpul" "Braqa"nın müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 17:53 06.04.2025
  • Oxunma sayı: 53
"Liverpul" "Braqa"nın müdafiəçisini transfer etmək istəyir

"Braqa"nın müdafiəçisi Siku Nyakite karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az-ın “Afrikafoot”a istinadən verdiyi məlumata görə, Premyer Liqa nəhəngi malili futbolçu ilə maraqlanır.

 Mersisayd klubu 25 yaşlı futbolçunu bu mövsümün sonundan sonra PSJ-yə keçə biləcək İbrahima Konatenin əvəzedicisi kimi görür. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Nyakita ilə "Liverpul"dan başqa, "Mançester Siti" və "Mançester Yunayted" də maraqlanıb. Afrikalı oyunçunun müqaviləsində 30 milyon avroluq satınalma maddəsi var.

Xatırladaq ki, Siku Nyakite bu mövsüm "Braqa"nın heyətində Portuqaliya çempionatında 17 oyun keçirib və 1 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer