- Transfer
- 18:37 12.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Qətərin idman rəhbərliyi xorvatiyalı Luka Modriçi öz liqa klublarından birinə qatmaq istəyir.
90deqiqe.Az-ın məlumatına görə, bu istək Qətərin Asiya arenasında Səudiyyə Ərəbistanı çempionatı ilə mübarizə aparmaq cəhdləri ilə bağlıdır.
Artıq burada Xoselu, David Qarsiya, Rodriqo Moreno və dünya çempionu Xavi Martinez kimi ulduzlar çıxış ediblər.
Modriçin "Real Madrid"lə hazırkı müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı hazırda heç bir məlumat yoxdur, lakin futbolçunun daha böyük qazanc üçün liqa dəyişmək istəmədiyi aydındır.
Qeyd edək ki, iki il əvvəl o, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçməkdən imtina edib. Bu La Liqa mövsümündə 39 yaşlı Modriç 29 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.