3 iyul 2026. Cümə

De Bruyneyə əvəzləyici tapıldı


  • Transfer
  • 18:39 06.04.2025
  • Oxunma sayı: 157
De Bruyneyə əvəzləyici tapıldı

Belçikalı futbolçu Kevin De Bruyne bu yaxınlarda mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlamışdı.

90deqiqe.Az-ın “El Nacional”a istinadən verdiyi məlumata görə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yarımmüdafiə xəttinə yeni keyfiyyətli futbolçu almaq istəyir.

Qvardiolanın hədəfi "Barselona"nın yarımmüdafiəçisi Dani Olmodur.

Bildirilir ki, Olmo "Leipsiq"də çıxış edəndə Qvardiolanı özünə cəlb edib. Xosep hesab edir ki, Dani onun oyununa mükəmməl uyğunlaşacaq.

"Barselona" maliyyə çətinliklərinə görə Dani Olmonu satmaq məcburiyyətində qala bilər. 26 yaşlı futbolçunun müqaviləsində 60 milyon avroluq satınalma maddəsi var ki, bu da danışıqları sadələşdirə bilər.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır