28 mart 2026. Şənbə

Virts üçün 120 milyon avroluq təklif hazırlayırlar


  • Transfer
  • 19:00 06.04.2025
  • Oxunma sayı: 154
Virts üçün 120 milyon avroluq təklif hazırlayırlar

Belçikalı futbolçu Kevin De Bruyne bu yaxınlarda mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlamışdı.

90deqiqe.Az-ın “Sunday Mirror”a istinadən verdiyi məlumata görə, “şəhərlilər”i De Bruyne üçün ideal əvəzedici kimi "Bayer"in futbolçusu Florian Virtsi müəyyən ediblər.

“Mançester Siti” 21 yaşlı futbolçunun transferi üçün 120 milyon avro xərcləməyə hazırdır. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Florian Virtsin hazırkı müqaviləsi onu 2027-ci ilin ortalarına qədər Bayer ilə bağlayır. Bu mövsüm 39 oyunda alman oyunçu 15 qol vurub və 13 məhsuldar ötürmə edib.







Transfer