- Transfer
- 23:53 27.03.2026
Hazırda "Çelsi" klubunda icarə əsasında çıxış edən "Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sanço karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "Vulverhempton" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Canavarlar”ın rəhbərliyi Ceydonun alınması üçün 30-35 milyon avro ayırmağa hazırdır. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.
Sançonun "Təqaüdçülər"lə icarə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.
Yarımmüdafiəçi İngiltərə çempionatının cari mövsümündə 25 oyun keçirib. O, iki qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.