14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

"Real" bu futbolçudan yaxa qurtarmaq qərarına gəlib


  • Transfer
  • 17:13 07.04.2025
  • Oxunma sayı: 59
"Real" bu futbolçudan yaxa qurtarmaq qərarına gəlib

"Real Madrid"in müdafiəçisi Lukas Vaskes komandadan ayrılmağa yaxındır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "kral" klubunun rəhbərliyi 33 yaşlı lateral ilə əmək müqaviləsini yeniləməmək qərarına gəlib.

Təcrübəli futbolçu ilə iki klub maraqlanır. İspaniyanın "Sevilya" və Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" klubları Lukas transfer etmək istəyir

Vaskes 2015-ci ilin yayından "Los Blancos"da çıxış edir. Tərəflər arasında mövcud əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonunda başa çatır. Futbolçunun transfer dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir. Lukas bu mövsüm La Liqada 25 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer