- Transfer
- 22:06 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Mançester Yunayted" heyətini gücləndirmək üzərində işləyir.
90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar "Vulverhempton"un hücumçusu Matheus Cunyanı hədəf alıb. "Mançester Yunayted"in Çempionlar Liqasına vəsiqə qazana bilməməsi potensial müqavilədə problem olmayacaq. Tərəflər arasında ilkin danışıqlar başlayıb.
Matheus Cunya bu mövsüm 29 oyun keçirib, 15 qol vurub. 25 yaşlı futbolçu Braziliya millisində çıxış edir. Nüfuzlu Transfermarkt portalı oyunçunu 55 milyon avro qiymətləndirir.
Daha əvvəl komandanın baş məşqçisi Ruben Amorim bir və ya bir neçə böyük futbolçu ilə müqavilə imzalamaq istədiyini açıqlamışdı.